Dahi öndər Heydər Əliyevin ömürü daim Azərbaycan xalqına xidmətdə keçmişdir. Bunun ən bariz ifadəsi ulu öndərin öz əli ilə yazdığı qərarlardır.
Naxçıvan şəhərindəki Heydər Əliyev muzeyində ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci (1969 - 1982-ci illər) və ikinci (1993 - 2003-cü illər) dövründə Naxçıvan Muxtar Respublikasının inkişafı ilə əlaqədar qəbul etdiyi 191 ədəd müxtəlif rəsmi sənəd, qərar və sərəncamlar nümayiş olunur.
Möhtərəm Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərdiyi illər Azərbaycanın siyasi və dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Məhz bu dövrdə ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə tarixi qərarlar qəbul olunmuş, muxtar respublikanın adından "sovet, sosialist" sözləri çıxarılmış, Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuş, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradılmış, aqrar islahatlar həyata keçirilmiş, milli ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atılmışdır.
Dahi Öndər Heydər Əliyevin qəbul etdiyi qərarlar milli dövlətçilik tariximizə ən qiymətli töhfədir.
|