|
|
Eksponatlar
|
|
Muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 4807 eksponat toplanmışdır.
|
|
Ekspozisiya zalının mərkəzində Heydər Əliyevin "Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır" sözləri yazılmışdır. |
|
Muzeyin birinci bölməsində klassik üslubda kətan üzərində yağlı boya ilə çəkilmiş "Prezident Heydər Əliyev" portreti, müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillər, sənədlər, 1990-cı il 17 noyabrda Naxçıvanda qəbul edilən bayraq və plakatlar yerləşdirilmişdir. |
|
İkinci bölmədə ümummilli lider Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının rəhbəri olarkən iş otağında istifadə etdiyi çıraq, stolüstü saat, vaza, xidməti telefon, qeyd vərəqləri, qələmdan və kürsülük qoyulmuşdur. |
|
Üçüncü bölmədə ümummilli lider Heydər Əliyevin təhsil illərinə aid sənədlərin və müxtəlif dövlət təltiflərinin surətləri, 80,85 və 90 illik yubileyləri şərəfinə buraxılmış marka və medallar, xatirə əşyaları nümayiş etdirilir.
|
|
Dördüncü bölmə möhtərəm Heydər Əliyevin şərəfinə toxunmuş xalçalardan ibarətdir. |
|
Beşinci bölmədə nümayiş etdirilən ümummilli lider Heydər Əliyevin şəxsi əşyaları muzeyin ən dəyərli eksponatları sırasındadır. |
|
|
Bütün bunlar və muzeydə nümayiş etdirilən digər eksponatlar – Ulu öndər tərəfindən qəbul edilmiş qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, ümummilli liderə göndərilmiş məktub və teleqramlar şərəfli yolun müxtəlif anlarını özündə əks etdirməklə Heydər Əlirza oğlu Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə dolğun təsəvvür yaradır.
|